Çin COVID-19 virusu ilə uzunmüddətli mübarizə üçün daimi xəstəxanalar, müvəqqəti karantin mərkəzləri və test məntəqələri inşa etməyi planlaşdırıb.
Medicina.az xəbər verir ki, Çinin Səhiyyə Dövlət Komitəsinin direktoru Ma Siavey Daimi əsasda fəaliyyət göstərəcək xəstəxanaların, karantin mərkəzlərinin və test məntəqələrinin inşasından məqsəd ölkənin virusla bağlı qabaqlayıcı və nəzarət potensialını gücləndirdiyini bildirib.
Çində bundan sonra da həftəlik koronavirus testləri təşkil edəcək. Bunun üçün laboratoriyaların sayı çoxaldılacaq.
Çində epidemiya ilə mübarizə dövründə onlarla xəstəxana digər xəstələrin qəbulunu dayandıraraq, yalnız COVID-19 pasiyentlərinin müalicəsi ilə məşğul olub. Bu da öz növbəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsində çətinliklər yaradıb. Hətta xəstəxanaların ağır vəziyyətdə olan pasiyenti qəbul etməməsi səbəbindən bir neçə ölüm halı da qeydə alınıb.