Çin Xalq Respublikasının sədri Si Cinpinin Yaponiyaya səfəri koronavurusun yayılması ilə əlaqədar təxirə salınıb.
Medicina.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yapon qəzeti "The Asahi Shimbun" xəbər verib.
Nəşrin dövlət orqanlarındakı mənbələrə istinadən məlumatına görə, rəsmi Tokio və Pekin Si Cinpinin səfərinin bu ilin payızına kimi təxirə salınması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çin Xalq Respublikası sədrinin Yaponiyaya son səfəri 2008-ci ildə baş tutub. Rəsmi Tokio Si Cinpinin əvvəlcə aprelə planlaşdırılan səfərinə xüsusi önəm verir. Yaponiyanın baş naziri Sindzo Abe dəfələrlə bəyan edib ki, həmin səfər iki ölkənin münasibətlərində yeni mərhələ olacaq.