Çinin Dövlət Dərman Vasitələrinə Nəzarət İdarəsi (NMPA) təcili olaraq COVID-19-un müalicəsi üçün BRII-196 və BRII-198 iki dərman preparatının qeydiyyata alınması üçün müraciəti təsdiqləyib.
Aztibb.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.
Bu, müstəqil əqli mülkiyyət hüquqları ilə Çində təsdiqlənmiş COVID-19 virusunu neytrallaşdıran ilk anticisim kombinasiyası terapiyasıdır.
NMPA-ya görə, bu iki preparatdan yüngül və orta ağırlıq dərəcəsi olan, eləcə də COVID-19-un yüksək ağırlaşma riski olan böyüklər və yeniyetmələrin müalicəsi üçün birlikdə istifadə olunur. Xüsusilə, dərmanlar 12 yaşdan 17 yaşa qədər bədən çəkisi 40 kiloqramdan çox olan yeniyetmələr üçün şərti olaraq təsdiqlənib.