Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin koronavirusla bağlı iddiaya reaksiya verdi

  • 2023.03.03 11:06
  • 1306 Baxış
Çin koronavirusla bağlı iddiaya  reaksiya verdi
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən mətbuat konfransında çıxış edib.


Bakupost.az xəbər verir ki, o, virusun mənşəyinin araşdırılması ilə bağlı siyasi manipulyasiyaya Çinin qarşı olduğunu bildirib.

Mao, virusun mənşəyi ilə bağlı araşdırmaların elm adamları tərəfindən aparılmasının lazım olduğunu qeyd edib:
“Elmi bir məsələnin araşdırılması vəzifəsinin kəşfiyyat təşkilatlarına həvalə edilməsi məsələnin siyasiləşdirildiyini açıq şəkildə göstərir. ABŞ kəşfiyyat orqanlarının keçmişdə uydurduğu hekayələri nəzərə alsaq, onların nəticələrinin heç bir etibarlılığı yoxdur".

Sözçü, ABŞ-ı elmə və faktlara hörmət etməyə, kəşfiyyat orqanlarının təşəbbüsü ilə mənşə araşdırmalarına son qoymağa çağırıb:

“ABŞ laboratoriya sızması kimi nəzəriyyələri təkrarlayaraq Çini ləkələyə bilməyəcək, yalnız öz nüfuzuna xələl gətirəcək”.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrayn Covid-19 virusunun Çindəki bir laboratoriyadan çıxdığını irəli sürüb.