Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin koronavirusa müsbət təsir edəcək dərmanı AÇIQLADI

  • 2020.03.04 11:23
  • 3084 Baxış
Çin koronavirusa müsbət təsir edəcək dərmanı   AÇIQLADI
Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı “Roche Holding AG” şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.

Medicina.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən “Actemra” ticarət nişanı altında satılan “Tocilizumab” preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən “Interleukin 6” adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.

“Roche” əczaçılıq şirkətinin fikrincə, “Actemra” preparatı “Interleukin 6” proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.

Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb.