Uhan Bioloji Məhsul İnstitutunun hazırladığı koronavirusa qarşı peyvəndin üçüncü mərhələ kliniki sınaqları Birləşmiş Ərəb Əmirliklərində həyata keçiriləcək.
Medicina.az xəbər verir ki, Çin Milli Biotexnologiya Qrupu (CNBG) videokonfrans vasitəsilə Əbu-Dabi mərkəzli texnologiya şirkətilə razılığa gəlib.
CNBG-nin nəzdində institut tərəfindən hazırlanan, birinci və ikinci mərhələ kliniki sınaqları Çində keçirilən peyvəndin başqa ölkədə sınanmasına səbəb yoluxmanın az olması və bu səbəbdən testlərə qatılacaq könüllü çatışmazlığıdır.
Qeyd edək ki, Çinin “CanSino” və “Sinovac Biotech” firmaları da daha əvvəl peyvəndlərini sınaqdan keçirmək üçün Kanada və Braziliya ilə razılaşdıqlarını açıqlamışdı.