Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin istehsalı Yeni il yolkalarında zərərli maddə aşkarlandı – Uşaq orqanizminə təhlükədir

  • 2019.12.20 19:00
  • 4040 Baxış
Çin istehsalı Yeni il yolkalarında zərərli maddə aşkarlandı –  Uşaq orqanizminə təhlükədir

Bayramöncəsi hər yerdə satılan, daha çox Çin, Tailand, Rusiya istehsalı olan süni Yeni il şam ağacları – yolkalarda orqanizm üçün təhlükəli olan formaldegid adlı maddə aşkarlanıb.


Medicina.az xəbər verir ki, bu barədə Rusiyanın keyfiyyətə nəzarət idarəsi olan “Roskacestvo” məlumat verib. Onlar süni yolkaların materialının analizini ediblər.

Yolkadan gələn kəskin kimyəvi qoxu formaldegidin normadan artıq olmasından irəli gəlir. Nə qədər yolka tünd yaşıl rəngdə və şuxdursa, bir o qədər bu maddə çoc vurulub.

Ultrabənövşəyi şüaların təsirindən maddə daha da aktivləşir.

Formaldegid kəskin qoxu verir, ağacın iynələri ovanda tökülür, asan alışır.
Mütəxəssislər keyfiyyətli yolka almağı, xüsusən sertifikatı olan yolkalar seçməyi tövsiyyə edir.
Uşaqlara bu yolkalara toxunmaq, yaxınlığında yatmaq, toxunub əllərini ağıza vurmaq olmaz