Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin hökumətindən sərt açıqlama – Koronavirusu BU ÖLKƏ YAYIB

  • 2020.03.13 09:53
  • 4454 Baxış
Çin hökumətindən sərt açıqlama –   Koronavirusu BU ÖLKƏ YAYIB
“Koronavirusu Çinin Uhan şəhərində ABŞ ordusunun yaydığı istisna deyil. Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ bizə açıqlama vermək məcburiyyətindədir”.

Medicina.az xəbər verir ki, Çin XİN-in mətbuat katibi Kao Lusien sosial media hesabında belə yazıb. O, hələ bir neçə ay əvvəl ABŞ-dan olan həkim Robert Redfieldin bəzi amerikalıların “Kovid-19”virusundan öldüyü barədə açıqlamasını xatrıladıb.


Qeyd edək ki, bundan əvvəl ABŞ-ın koronavirusu “Uhan virusu” adlandırması Çinin etirazına səbəb olub. Rəsmi Pekin bəyan edib ki, virusun ilk olaraq Uhan şəhərində meydana çıxması onun mənbəyinin Çin olduğu anlamına gəlmir.