Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin alimlərinin diqqətçəkən araşdırması: 16 min il əvvəl yaşamış insanın üzü yenidən yaradıldı

  • 2025.04.01 12:51
  • 249 Baxış
Çin alimlərinin diqqətçəkən araşdırması:  16 min il əvvəl yaşamış insanın üzü yenidən yaradıldı

Çin alimləri çox danışılan bir araşdırma aparıblar.

Medicina.az xəbər verir ki, elm adamları üçölçülü texnologiyadan istifadə edərək 16 min il əvvəl yaşamış bir insanın üzünü rekonstruksiya ediblər.

Rəqəmsal olaraq canlandırılan üzdə dairəvi xətlər, dar göz xətti və düz burun quruluşu diqqət çəkib.



“Journal of Archaeological Science” jurnalında dərc olunan araşdırma, Çinin cənubunda erkən insan fiziologiyası və üz cizgilərinin təkamülü haqqında ipuçları verir.

Mütəxəssislər bu araşdırmanın gələcək antropoloji tədqiqatlar üçün istinad olduğunu vurğulayıblar.



Aygün
Medicina.az