Çimərliyə getmək üçün hansısa xüsusi icazəyə, qeydiyyata ehtiyac yoxdur.
Bunu Operativ qərargahın brifinqində ASAN Xidmətin sədri Ülvi Mehdiyev bildirib.
O bildirib ki, çimərliklərlə bağlı xüsusi informativ sayt - cimerlik.az yaradılıb. Burada çimərliklərin doluluq səviyyəsi göstəriləcək.
100-dən çox çimərlik barədə məlumat bu portalda əks edilib. Orada real vaxt rejimində doluluğu izləmək mümkün olacaq. Vətəndaş özü hansı çimərlikdə nə qədər adam olduğunu izləyə biləcək.
"Çimərliklər səhər saat 8-dən axşam 21:00-dək fəaliyyətdə olacaq. Hər bir çimərlikdə könüllülər qrupu olacaq. Onlar giriş-çıxışa nəzarət edəcəklər, monitorinqi həyata keçirəcəklər. Vətəndaşlar da xahiş edirik ki, koronavirusun yayılmasına yol açacaq fakt aşkar etsələr bizim əməkdaşlarımıza məlumat versinlər",