Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çimərlik mövsümü başlayandan 13 nəfər ölüb

  • 2024.07.24 11:17
  • 1050 Baxış
Çimərlik mövsümü başlayandan  13 nəfər ölüb
Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Medicina.az -a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.