Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ciddi və sərt ana uşaq psixikası üçün təhlükəlidir - Alimlər

  • 2022.10.20 15:50
  • 2811 Baxış
Ciddi və sərt ana uşaq psixikası üçün təhlükəlidir  - Alimlər

Xarakteri sərt, ciddi və uşaq tərbiyəsində əzazil olan analar uşaq psixikasını dəyişir və təhlükəlidir.

"Medicina" xəbər verir ki, Almaniyanın Münster universitetinin alimləri ana qışqırığı və tənbehinin uşaq beyninə təsirini araşdırıb.

Uşağın üstünə tez-tez qışqıran anaların uşaqları böyüdükdə daha çox depressiyaya meyl edir.

Ana öz səsi, tonu, qışqırığı və tənbehi ilə uşağın beynini sanki proqramlaşdırır.

Tədqiqatda 1100 yeniyetmə valideynləri ilə bağlı sorğuda iştirak edib. Onlar analarının nə qədər mütəmadi onların üstünə çığırdıqlarını da qeyd ediblər.

Sorğu nəticəsində ata-anası qəddar, ciddi, manipulyasiya edən 23 gənc seçilib.

Onların beynində müxtəlif genlərin aktivliyinin dəyişməsi müşahidə olunub.


Bu uşaqlar gənc və orta yaşlarda daha çox depressibv və təşvişli olur.

Aygün Musayeva