Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
“Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hazırda da onun yanındayam.
KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!”, - deyə o qeyd edib.
Xatırladaq ki, Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib. O, paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək “bir qıraqda öləcəm” sözlərini paylaşıb.
C.Əsgərov səhhətində problemlərin olduğunu və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib.
Bəs nə ücün xəstəxana onu qəbul etməyib?Onun anası bu vətənin azadlıgı ugrunda şəhid olub Hec şəhid övladı deyil adi bir vətəndaş
Siz əlinizdən gələni edəcəksiniz. Özü gərək sağalmaq istəsin. Müalicə alandan sonra yenə eyni vəziyyət davam edəcəksə, nə xeyri. Allah kömək olsun.