Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çexiyada qripdən ölənlərin sayı artıb

  • 2020.02.01 09:10
  • 2094 Baxış
Çexiyada qripdən ölənlərin sayı artıb
Çexiyada 12 nəfər qripdən dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, respublikanın Gigiyena Xidmətinin rəhbəri Eva Qottvaldova jurnalistlərə açıqlamasında ölkədə hər 100 min nəfərdən 1865-də xəstəlik aşkarlandığını bildirib:

"Dövlət Səhiyyə İnstitutunun məlumatlarına görə, qrip epidemiyası respublikanın bütün ərazisinə yayılıb. Əsasən A tipli qrip virusuna rast gəlinir. Xəstələnənlər arasında yaşlılar və uşaqlar da var. Qrip səbəbindən artıq 12 nəfər dünyasını dəyişib. Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb".

Qottvaldova qrip olan vətəndaşlardan evdən çölə çıxmamağı və digər insanlara da yoluxdurmamağı xahiş edib.

Epidemiya səbəbindən ölkədə bir çox xəstəxanalarda xəstə ziyarətləri qadağan olunub.(Qafqazinfo.az)