Çexiyada son sutka ərzində 3 493 nəfər yeni növ koronavirusa yoluxub və bu, pandemiyanın başlanğıcından bəri gündəlik yoluxma üzrə yeni rekord olub.
Medicina.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Əvvəlki rekord sentyabrın 17-də qeydə alınmışdı: yarım ay əvvəl bir günə 3 126 yoluxma aşkarlanmışdı.
Çexiyada ümumilikdə 74 255 nəfər koronavirusa yoluxub, 34 186 nəfər sağalıb və 768 nəfər ölüb. Oktyabrın 5-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvəyə miunəcək.