Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çexiya Prezidenti sirrozdan əziyyət çəkir

  • 2021.11.06 09:51
  • 1270 Baxış
Çexiya Prezidenti sirrozdan  əziyyət çəkir

Çexiya Prezidenti Miloş Zeman qaraciyər sirroz diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin ČTK informasiya agentliyi həkimlər konsiliumunun üzvü, cərrah Pavel Pafkoya istinadən məlumat yayıb.

Bildirilir ki, Prezidentin xəstəxanaya aparıldığı ilk gündən onun mədəsinə zond yeridilib.

Qeyd edək ki, oktyabrın 10-da açıqlanmayan səbəbdən 77 yaşlı Zeman Praqada yerləşən Mərkəzi Hərbi Hospitalın İntensiv terapiya şöbəsində yerləşdirilmiş, cümə axşamı günü adi palataya köçürülmüşdü.

“Reuters” agentliyinin xəbərinə görə, həkimlər Zemanın səhhətinin yaxşılaşdığını qeyd etmiş, lakin onun xəstəxanada qalmasını məqsədəuyğun saymışdılar. Həkimlər konsiliumunun başçısı Tomaş Zima Prezidentin nə vaxt evə buraxılacağını açıqlamamışdı.