Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çexiya hökuməti ölkəyə giriş – çıxışı bağladı

  • 2020.03.13 16:26
  • 1604 Baxış
Çexiya  hökuməti ölkəyə giriş – çıxışı bağladı

Çexiya hökuməti 16 martdan etibarən öz vətəndaşları, eləcə də ölkədə yaşayan əcnəbilərin ölkədən giriş –çıxışına qadağa qoyur. Qadağa koronavirusla bağlı vəziyyət aydınlaşana kimi qeyri-müəyyən vaxta kimi qüvvədə qalacaq.

Medicina.az xəbər verir ki, bu barədə baş nazir Andrey Babiş bildirib.

“Bazar günü gecəyarıdan etibarən bütün çexlərə ölkədən çıxış qadağan olunur”.

Qeyd edək ki, bir çox Avropa ölkələri və Moskvadan Çexiyaya uçuşlar dayandırılıb.

Bazar günündən etibarən ölkədən avtomobil, qatar və təyyarə ilə çıxış da qadağan ediləcək.