Gündüz yuxusu çətin qərarlar qəbul etməyə kömək edir. Probleminiz varsa, yatmaq ən yaxşı məsləhətdir.
“Medicina” xəbər verir ki, " Bristol Universitetinin (Böyük Britaniya) klinik nevroloqlarının tədqiqatının nəticələri bunu sübut edib.
Tədqiqatçılar nisbətən qısa yuxunun (məsələn, gündüz yuxusu) beyin fəaliyyətini və reaksiya sürətini necə dəyişdirdiyini araşdırdılar. Onlar belə qənaətə gəliblər ki, belə yuxu zamanı beyin oyaqlıq zamanı şüuraltı şəkildə alınan məlumatları emal etməyə davam edir, müsbət və mənfi cəhətləri ölçüb-biçərək problemin mahiyyətinə varır və bu, çətin qərar qəbul etməyə kömək edir.
Tədqiqatçılar müxtəlif yaşlarda olan 16 nəfərin iştirakı ilə təcrübə aparıblar. İştirakçılar iki tapşırığı yerinə yetirməli idilər və birincidə məlumat çox maskalanmış formada təqdim edildi, belə ki, şüuraltı olaraq qəbul edilsin.
İkinci tapşırıq nəzarət idi, burada kompüter ekranında görünən müxtəlif rəngli kvadratlara sadəcə reaksiya vermək lazım idi. İştirakçılar tapşırıqları yerinə yetirmək üçün məşq etdilər və sonra ya 90 dəqiqə yatdılar, ya da onları yenidən yerinə yetirmədən əvvəl oyaq qaldılar. Eyni zamanda, alimlər beynin elektrik aktivliyindəki dalğalanmaları və iştirakçıların yuxudan əvvəl və sonra reaksiyalarının sürətini izləmək üçün elektroensefaloqrafiyadan istifadə ediblər.
Məlum olub ki, yuxu (oyanıqlıqdan fərqli olaraq) məlumatların maskalandığı ilk tapşırığın sürətlənməsinə kömək edib. Bu, yuxu zamanı beyinin şüuraltı olaraq qəbul edilən məlumatları emal etdiyini göstərir. Gələcəkdə alimlər öz nəticələrini daha çox insan üzərində sınaqdan keçirməyi və tapdıqları təsirin altında yatan sinir mexanizmlərini başa düşməyi planlaşdırırlar.
Aygün Musayeva