Türkiyə koronavirusun pik həddinə yaxınlaşır, ölənlər az deyil. Bir zamanlar Türkiyədə bir çox xəstəliklər üzrə ixtisaslaşmış və dünyanın dörd bir tərəfindən ağır xəstələri qəbul edib, cərrahi əməliyyatlar keçirən məşhur klinikaları indi koronavirus cəbhəsinə çevrilib.
Medicina.az xəbər verir ki, BBCTürkiyə kanalı İstanbul Cərrahpaşa Universitet xəstəxanasında koronaviruslu xəstələırin müayinə-müalicəsini və orda çalışan həkimlərin cəmi bir günlük iş rejimini çəkib.
Kadrlarda reanimasiyada yatan ağır xəstələrin durumu da görünür.
Həkim və tibb bacıları koronavirus barədə fikirləri, bu çətin rejimdə necə işləmələri barədə danışıb.
Həmin maraqlı videomaterialı təqdim edirik: