Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cərrahların yaşıl formalı geyimlərinin sirri - Gözləri daha yaxşı görür...

  • 2018.05.30 23:13
  • 10593 Baxış
Cərrahların yaşıl formalı geyimlərinin sirri -  Gözləri daha yaxşı görür...
Son zamanlar klinikalarda həkimləri yaşıl formalı geyimlərdə daha çox görürük.

 

Bəs bunun xüsusi mənası varmı?

 

Medicina.az xəbər verir ki, XX əsrin ikinci yarısınadək cərrahlar da, digər həkimlər kimi ağ forma geynirdilər. Lakin cərahiyyə əməliyyatına girən həkimlərin yaşıl forma geyinməkləri uğurlu nəticə üçün daha məqsədəuyğun hesab edilib. Belə ki, bu rəngli forma həm cərrahlara əməliyyat vaxtı daha yaxşı görməyə kömək edir, həm də xəstənin əhvalını yüksəldir.


Aparılan araşdırmalara görə, əvvəllər cərrah əməliyyat zamanı tez-tez gözlərini qaldırıb, ya xəstənin, ya da digər həkimlərin ağ geyiminə baxdığında fikiri yayınırdı. İndi isə,yaşıl rəngə baxaraq göz fokusunu stabilləşdirir.