Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cərrahi əməliyyatların sayı 4 dəfə artıb - BAŞ HƏKİM

  • 2018.01.16 16:15
  • 12347 Baxış
Cərrahi əməliyyatların sayı 4 dəfə artıb -  BAŞ HƏKİM
İl ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun məlumat verib. Onun sözlərinə görə, onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib:


"2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib. Bu günədək 600-dən çox müraciətin telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib”.


M.Cəlalov bildirib ki, 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərib.


"Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən il ilə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.


2017-ci ildə sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayı ötən il ilə müqayisədə 4 dəfə artıb. Belə ki, analoji göstərici 2016-cı ildə 9, 2017-ci ildə isə 36 təşkil edib. Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir”.