Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cərrahi əməliyyatla çiyin və qol köçürülən kişinin durumu necədir? – FOTOLAR

  • 2022.01.24 17:17
  • 3426 Baxış
Cərrahi əməliyyatla çiyin və qol köçürülən kişinin durumu necədir?  – FOTOLAR

2021-ci ildə tibdə baş verən ən yadda qalan elmi uğurlardan biri də hər iki qolu olmayan kişiyə donor qol və çiyni köçürülməsi əməliyyatı idi.

Medicina.az xəbər verir ki, 1988-ci ildə işdə qəza zamanı yüksək gərginlikli elektrik vurmasından hər iki qolunu çiyindən itirən Feliks 3 ay komada qalıb. Cərrahlar onu xilas etmək üçün qollarını ampitasiya etməli olub.

20 ildir ki, o, donordan orqan köçürülməsi üçün müraciət edib, uyğun qol tapılacağını ümidlə gözləyirdi. Nəhayət 2021-ci ildə o qollarına qovuşur.

4 cərrah briqadasının qatıldığı əməliyyat 14 saat çəkmişdi. Ona çiyin sümükləri də əlavə olaraq qoyulub. Bu vaxta kimi belə kombinə olunmuş köçürülməni heç kim icra etməmişdi.

Fransız cərrahlar 15 əzələ, qığırdaq, 2 arteriya, 3 vena və onlarla siniri bərpa ediblər.

Fantastik əməliyyatdan düz bir il ötüb. Feliks hazırda qollarını aktiv işlədir, qızını qucaqlayır, səyahət edir, instagramda aktivdir.

O, yeni qollarına rahat uyğunlaşdığını bildirib. 9 aydan sonra barmaqlarındakı sinirlər də bərpa olub.
2021-ci ili bütünlükdə o hər ay klinikada reabilitasiyada keçirib.