Rusiyanın Sverdlovsk vilayətində əməliyyatdan sonra cərrahın əlcəyinin pasiyent qadının qarnında qaldığı məlum olub.
Medicina.az xəbər verir ki, iyun ayında əməliyyat olunan qadın evdə halının pis olduğunu, qarnından çirk gəldiyini görüb. O, bunun səbəbini öyrənmək üçün yenidən xəstəxanaya gedib. Həkimlər drenaj dəliyindən rezinəıbənzər nəyinsə göründüyünü təyin ediblər. Onlar əməliyyat zamanı əlcəyi unutduqlarını etiraf etməyiblər. Xəstəxana heyəti qadına ilkin tibbi yardım zamanı əlcək drenajı qoyulduğunu və həmin drenajın sonradan tam çıxarılmadığını bildiriblər.
Daha sonra əlcək onun qarın boşluğundan çıxarılıb.
Mütəxəssislərin sözlərinə görə, həmin əlcək qadının qarnında 1 həftə daha qalsaydı, irinləşməyə səbəb ola bilərdi.