Çernobıl AES-in təcrid zonasındakı müşahidə nöqtələrinin əhəmiyyətli hissəsində qamma radiasiyasının dozası artmağa başlayıb.
Medicina.az xəbər verir ki, Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamada Rusiyanın nəzarəti altına aldığı Çernobıl bölgəsində
radiasiya səviyyəsində artım olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi rəsmiləri isə ötən gün Rusiya qüvvələrinin Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini nəzarətə götürdüyünü və radiasiya səviyyəsinin normal səviyyədə olduğunu açıqlayıb.