Rusiyanın Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin çərəzlərin faydalarından bəhs edib. O, son illərdə artan bir çox xəstəliklərin çarəsinin çərəzlər olduğunu bildirib.
Medicina.az xəbər verir ki, Aleksandr Sozıkin xolestrin səviyyəsinin bir çox xəstəliyin səbəbi olduğunu və onu azaltmağın ən yaxşı yolunun hər gün çərəz yeməkdən keçdiyini qeyd edib.
“Son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerə yüksəlib. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri düzgün olmayan qidalanma nəticəsində xolesterin səviyyəsinin yüksəlməsidir. İki il ərzində hər gün çərəz yemək qanda xolesterinin səviyyəsinin azalmasına gətirib çıxaracaq”.
O, çərəzlərin niyə bu qədər faydalı olduğunu da izah edib:
“Qoz, fındıq, keşyu, pekan, Braziliya qozu kimi çərəzlərdə olan liflər bağırsaqların zərərli yağları udmasının qarşısını alır. Bu qidaların tərkibindəki faydalı yağlar və Omeqa-3 yaxşı xolesterinin səviyyəsini artırır”.
Dosent burada əsas məsələnin çərəzləri az miqdarda və müntəzəm olaraq hər gün yemək olduğunu vurğulayıb.
Aysel