Cənubi Koreya 31 yeni COVİD-2019 koronavirusa yoluxma hadisəsini təsdiqlədi.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Ölkədə yoluxanların ümumi sayı 82-yə çatdı.
Son məlumatlara görə, Cənubi Koreyada koronavirusdan 16 nəfər sağalıb və xəstəxanadan buraxılıb, 66 nəfər müalicə altındadır. Digər 1633 nəfər isə yoxlanılır.