Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10 minə çatır

  • 2020.04.02 09:12
  • 1691 Baxış
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10 minə çatır

Cənubi Koreyada koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.


Belə ki, bir gün ərzində koronavirusa 89 yoluxma qeydə alınıb.

Bunda əlavə, ölkədə COVID-19-dan 261 nəfərin sağaldığı da bildirilir. Koronavirusa yoluxanların ümumi sayı 9 976 nəfərə qədər artıb, 169 insan virusun qurbanı olub.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması növbəti dəfə, 9 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.

Bundan başqa aprelin 1-dən başlayaraq Cənubi Koreyaya xaricdən gələn bütün şəxslər vətəndaşlığından asılı olmayaraq 2 həftəlik məcburi karantinə cəlb olunacaqlar.