Ötən gün Cənubi Koreyada koronavirusa 76 yeni yoluxma qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 162 nəfərə qədər artıb, ölənlərin sayı isə 75 nəfərə çatıb.
Son məlumata görə, virusa yeni yoluxma hallarından 42-si Tequ şəhərində aşkarlanıb.
Qeyd edilir ki, 834 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 16 272 nəfərin analizi aparılır.
Xatırladaq ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.