Cənubi Koreyada qripə qarşı peyvənd olunduqdan sonra ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə TASS ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, oktyabrın 16-dan sonra ölkədə 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra həyatını itirib. Həkimlərin dediyinə görə, onların bir çoxu ciddi xəstəliklərdən əziyyət çəkib.
Həmin şəxslərin metirlərindən alınan toxuma nümunələrinin müayinələri də daxil olmaqla, hər birinin dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır. Eyni zamanda, qeyd olunur ki, bir neçə milyon insan peyvənd edilib və onlardan heç birində əks təsir aşkarlanmayıb.
Ölüm faktlarına baxmayaraq, peyvəndləmə prosesinin dayandırılmayacağı bildirilib.