Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cənubi Koreya qısamüddətli vizaları dayandırır

  • 2020.04.09 15:10
  • 1104 Baxış
Cənubi Koreya qısamüddətli vizaları dayandırır
Cənubi Koreya koreyalıların girişinə qadağa qoyan 90 ölkədən olan vətəndaşların vizasız gediş-gəlişini məhdudlaşdıracaq, eyni zamanda bütün dövlətlər üçün qısamüddətli vizaları dayandıracaq.

Bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.

Qeyd olunub ki, bu addımı atmaqda məqsəd koronavirusun yayılması dövründə Cənubi Koreya vətəndaşlarının narahatlığını azaltmaq və ölkənin karantin ehtiyatlarını daha səmərəli istifadə etməkdir.



XİN-dən bildirilib ki, aprelin 8-nə olan məlumata görə, xaricdən “gətirilmə” virusa yoluxma hallarının 66-da səbəbkar əcnəbi vətəndaş olub. “Ümumilikdə hazırda özünü təcrid etmək üçün müvəqqəti yaşayış yerlərində 880 əcnəbi var. Aprelin 1-dən bəri hökumət tərəfindən təsdiq edilmiş yerlərdə karantinə cəlb olunmaqdan imtina edilməsi nəticəsində 16 nəfərin Cənubi Koreyaya buraxılmayıb”, - nazirlikdən vurğulayıblar.



2020-ci il aprelin 5-dək verilmiş qısamüddətli vizalar bütün ölkələr üçün dayandırılır. Bu cür vizaların sahibləri viza üçün səfirliyin və ya konsulluğun müvafiq ofisinə yenidən müraciət etməlidirlər, onlar təkrar konsulluq rüsumundan azad olacaqlar. Artıq Cənubi Koreyaya qısamüddətli viza ilə daxil olanlar üçün isə vizada göstərilən müddətdə ölkədə qalmağa icazə verilir.