Yay mövsümünün sonlarında yetişən, şəkərdən xərçəngə minbir dərdin dərmanı olan əncir meyvəsinin insan orqanizminə faydası saymaqla bitmir.
Medicina.az xəbər verir ki, tərkibindəki lif, vitamin, mineral və antioksidantlar sayəsində orqanizmin təbii mühafizəçisi rolunu oynayır.
Kalium qaynağı bu cənnət meyvəsi sodium, maqnezium, C, B2, B3, B6 və K vitaminləri deposudur. Buna görə bir çox xəstəliklərlə mübarizədə müdafiə mexanizmi yaradır. Başqa qidalara nisbətən tərkibində yağın az miqdarda olması ürək-damar sisteminin sağlamlığına öz töhfəsini verir. Az miqdarda kaloriyə malikdir, bununla yüksək enerji qaynağı hesab edilir. Həzm, artıq çəkidən əziyyət çəkmək kimi problemi olanların rahatlıqla qida rasionuna əlavə edəcəyi meyvədir. Buna görə də əksər pəhriz menyularında əncirin xüsusi yeri var.
Bundan başqa, yüksək təzyiq, şəkərli diabet, sümüklərin əriməsi problemlərində köməkçi olur. Antioksidantla ən zəngin meyvə məhz əncirdir.
Ürək-damar
Yüksək miqdarda kalium tərkibli olması ürək-damar problemlərinin yaranma riskini azaldır. Damarların sərtləşməsinin və içinin yağlanmasının qarşısını alır.
Alzheymer riski
Amerika və Avstraliya universitetləri tərəfindən aparılan araşdırmalara görə əncir qocalan insanların inflamatuar sitokinlərinin azaldır. Bu da Alzheymer xəstəliyinin yaranma riskini aşağı salır.
Xərçəng
Tərkibindəki lif döş xərçənginin qarşısını alır. Menopoz keçirən qadınların hormon səviyyəsi dalğalanır. Bu da immun sisteminə mənfi təsir göstərir və bu durumda antioksidantların sərbəst radikallarla mübarizə əzmi aşağı düşür. Əncir orqanimzi liflə təmin edərək müdafiə xətti qurur.