Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəmi iki təbii inqrediyentlə qırışları aradan qaldırın - Effektli maska

  • 2019.08.02 10:04
  • 35627 Baxış
Cəmi iki təbii inqrediyentlə qırışları aradan qaldırın  - Effektli maska
30 yaşdan sonra hər bir qadının dərisi xüsusi qulluğa ehtiyac duyur. Onu hər gün nəmləndirmək, qidalandırmaq və elastikliyini qorumaq lazımdır. Məhz sonuncu etmək çox çətindir. Medicina.az bu yazıda oxucuları bahalı kremlərə pul xərcələmədən dərinin elastikliyini bərpa edən və qırışları aradan qaldıran səmərəli ev maskası ilə tanış edir. Qırışları xeyli azaltmaq üçün iki sadə komponentlərdən ibarət maska kömək edəcək. Hər dəri üçün effektli maska resepti 1. Yumurta ağı Yumurta ağı dəri üçün çox faydalıdır və o dərini dartmaq funksiyasına malikdir. 2. Təzə xiyar.
Bu tərəvəz dərinin regenerasiyasına kömək edir. Xiyar antioksidantlarla, qırışlara səbəb olan sərbəst radikalları məhv edən K və C vitaminləri ilə də zəngindir.

 

Hazırlanması:
Xiyarı təmizləyib iki hissəyə bölün. Birini blenderdən keçirib püre halına gətirin. Suyunu süzüb yumurta ağı ilə yaxşıca qarışdırın.
Maskanı üzün liftinqə (dartılma) ehtiyacı olan hissələrə sürtün. 15 dəqiqə saxlayın və sonra yuyun. Effektli nəticə üçün həftədə iki dəfə tətbiq edin.

(Publika)