Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəmi 4 ərzaqdan vitaminli salat - Hazırlanma qaydası

  • 2019.05.02 15:51
  • 16179 Baxış
Cəmi 4 ərzaqdan vitaminli salat -  Hazırlanma qaydası
Yerkökü salatı Türkiyə mətbəxində çox rast gəlinir.  Qarşıdan istilər gəlir. Ona görə sərinləşdirici xüsusiyyəti olan salat sizə xüsusi ləzzət verəcək.


Medicina.az salatın asan başa gələn reseptini təqdim edir.

 

Ərzaqlar


8 ədəd yerkökü

5 xörək qaşığı zeytun yağı

Təxminən 2 stəkan qatıq

4 diş sarımsaq

Duz

Doğranmış şüyüd- bəzəmək üçün (mütləq deyil)


Hazırlanması


1.Yerkökülərin qabığını soyun və sürtkəcin iri gözündən keçirin.

2.Tavada zeytun yağını qızdırın. .

3.Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Təamı soyuması üçün kənara qoyun.


4.Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.

5. Zövqə görə duz vurun və yaxşıca qarışdırın.

6.Lazımdırsa, bir az da qatıq qatın – salat quru olmamalıdır.

7.Salatı bir az soyuducuda saxlayın.


8.Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz. Hətda nanədə