90% insanlarda effekt verən, əsasən hərbçilərin metodu sayılan bu üsulla cəmi 2 dəqiqəyə yuxuya getmək olur.
"Medicina" xəbər verir ki, ABŞ ordusu əsgərləri üçün alimlər tərəfindən hazırlanmış bu metod döyüşdən yorulmuş, tükənmiş amerikan əsgərlərini xilas edirdi.
Bunun üçün sizə hətta yataq və yumşaq yastıq da lazım deyil.
Uzanaraq, ilk öncə üz, dil, çənə, göz ətrafı əzələləri izləyərək boşaldırsız. Tam rahatladırsız.
İkinci - çiyinləri bacardıqca boş buraxıb aşağı salırsız.
Sonra qolları yuxarıdan aşağı boşaldırsız.
Üçüncü- dərindən nəfəs alıb, döş qəfəsini buraxın və ayaqlara doğru çanaqdan başlayaraq əzələləri boşaldın.
Bunu 2 dəfə edin. Metod 90% insanlarda effekt verir.
Siz dərhal uyuyacaqsız.
Bu metodu məşq edib peşəkar olanda isə ayaqüstə də yuxuya gedəcəksiz.
Bir şərtlə ki, yuxudan əvvəl qəhvə, içki içməyin.
Aygün Musayeva