Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəmi 2 bananla sağalan 7 problem

  • 2018.09.12 14:47
  • 23809 Baxış
Cəmi 2 bananla sağalan 7 problem


Bu eksperimenti dünyanın çox ölkələrində sınayıblar. Medicina.az xəbər verir ki, 2 həftə ərzində günə 2 banan yeməklə aşağıdakı sağlamlıqla bağlı problemlərinizi həll edə bilərsiz:



1.Depressiya



Bananda əhval-ruhiyyə üçün vaxib olan triptofan adlı maddə var, həmçinin banan maqniy ehtiyatıdır. Bunlar isə xoşbəxtlik hormonu olan serotonini sintez edir. Xüsusən payız-qış aylarında gündüz xandriyasından çıxmaq üçün səhər-günorta banan yeməyiniz lazımdır. 



2.Qan dövranı, təzyiq



Bananda olan kaliy hesabına təzyiq normallaşır, ürək yaxşı işləyir, infarkt və insult riski azalır



3.Qanazlığı



Banan almadan sonra dəmirlə zəngin ikinci meyvədir. Anemiyası olanlar gündə 2 bananı mütləq yeməlidirlər. Bu hemoqlobin və eritrositlərin artmasına səbəb olacaq.



4.Özünü halsız hiss etmə



Həyatdan küsüb, özünüzü pis hiss edəndə şokolad və banan yeyin. Banan qanda şəkərin səviyyəsini normaya gətirəcək, Vitamin B isə əsəbləri sakitləşdirəcək. Fərqi hiss edəcəksiz.



5.Mədə ağrısı



Həzm və mədə problemi olanlar banan yesin. Banan mədədə plyonka yaradıb, onun divarını qoruyur, turşudan qıcıqlanmadan sakitləşdirir.



6.Mədədə yanma



Elə ki, mədənizdə yanğın qopdu, dərhal banan yeyin. O, sanki bir dərman yüngüllük gətirəcək.



7.Yüksək enerji



Banan təmiz asan karbohidratlardan ibarətdir. Bir-iki banan yeyən kimi intensiv iş, idman və yük üçün enerji yığırsız. İdmandan sonra da bir banan yemək olar.