Türkiyəli komediya ustası Cem Yılmaz bu gün keçirilməli olan tamaşasını təxirə salıb.
Medicina.az xəbər verir ki, buna səbəb onun səhhətində problem yaranmasıdır. Xəstəxanaya yerləşdirilən Cem Yılmaz İnstaqram hesabında etdiyi paylaşımda hər şeyin qaydasında olduğunu və tamaşanın 5 yanvar tarixinə keçirildiyini bildirib.