Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəlilabadda körpə qaynar sudan yandı

  • 2022.06.11 16:03
  • 2487 Baxış
Cəlilabadda körpə qaynar sudan yandı

Cəlilabad rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su dağılıb.

“Report”un məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2021-ci il təvəllüdlü R.A. (ad, soyadı şərti) qaynar sudan yanıb. Onun üzərinə içi qaynar su ilə dolu çaydan dağılıb.

Azyaşlı paytaxt xəstəxanalarından birinə aparılıb. R.A.-ya 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.

Körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.