Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəlilabadda 101 yaşlı nənə səs verdi

  • 2024.02.07 18:08
  • 965 Baxış
Cəlilabadda 101 yaşlı nənə səs verdi

Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkisində səsvermə hüququndan istifadə edib.

"Medicina" Reporta istinadən xəbər verir ki, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib.

H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır. Həmin dairə üzrə 51 min 348 seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2 740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.