Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəlilabadda 10 tələbə qızılcaya yoluxdu - TƏBİB

  • 2023.11.23 15:12
  • 1482 Baxış
Cəlilabadda 10 tələbə qızılcaya yoluxdu -  TƏBİB
Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıb.

TƏBİB-dən Medicina.az -a bildirilib ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.


Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.