Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəlilabad xəstəxanasının direktoru işdən çıxarıldı

  • 2023.12.29 16:04
  • 1712 Baxış
Cəlilabad xəstəxanasının direktoru   işdən çıxarıldı


Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru işdən çıxarılıb.

"Medicina" xəbər verir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmri ilə Elnur Ramazan oğlu Azadxanov vəzifəsindən azad olunub.


2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı əmri ilə sözügedən vəzifəyə təyinat almışdı.

Onun adı bir neçə qalmaqalda hallanıb.