Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan özünün “Weibo” sosial şəbəkəsindəki hesabında koronavirus əleyhinə dərmanı ixtira edəcək şəxsə milyon yuan ödəməyə söz verib.
Medicina.az Report-a istinadən xəbər verir ki, aktyor ümid edir ki, onun vədi preparatın yaradılmasını sürətləndirəcək.
Ceki Çan Çinə öz hesabına qoruyucu geyimlər və tibbi maskalar payladığını bildirib. Aktyorun sözlərinə görə, 1 milyon yuan onun üçün çox da böyük məbləğ deyil.
"Mən boş küçələri görmək istəmirəm, hansılar ki, çiçəklənməlidir. Mən həyatdan zövq almalı insanları kədərli görmək istəmirəm", - deyə aktyor yazıb.