Son illər tez-tez rast gəldiyimiz və bir çox həkimlərin tövsiyə etdiyi çek-ap muayinəsi nədir?
Medicina.az-ın çek-up və Türkiyədə müayinə ilə bağlı suallarını FAMAX Medical Turizm şirkətinin rəhbəri İlkin Babayev cavablandırıb.
- İlkin həkim, kimlər ildə neçə dəfə hansı çek-up müayinələrdən keçməlidir ki, səhhətindən tam arxayın olsun?
- Çekap muayinə insan orqanizmin əsas sistemlərinin funksiyalarını qiymətləndirmək üçün aparılan müayinələr və tədqiqatlar kompleksidir. Dünya təbabətində 25 yaşdan sonra heç bir xəstəliyi və şikayəti olmasa belə, hər kəsin ildə 1 dəfə çekap müayinəsindən keçməsi tövsiyə olunur.
Burada əsas məqsəd xəstəliklərin profilaktikasıdır. Məlumdur ki, xəstəliyin qarşısını almaq müalicəsindən dəfələrlə asandır. Hətta həyati təhlükə təşkil edən xəstəlikləri nəzərə alsaq, mütəmadi çekap müayinələri həyat xilasedicidir deyə bilərik.
Məsələn, onkoloji xəstəliklər. Bu xəstəliklər çox vaxt son mərhələyə qədər xəstəyə heç bir narahatlıq vermir və xəstə şikayətlərin ilk başladığı zaman həkimə müraciət etsə də artıq xəstəlik irəliləmiş və müalicəsi çətin və yaxud imkansız vəziyyətə gəlmişdir.
- Bunlardan hansıları misal çəkə bilərsiz ki, xəstələr mütləq bu istiqamətdə çekap olunsunlar?
- Məsələn, bunlardan biri mədə xərçəngidir. Bu tip xərçəng bədəndə səssiz inkişaf edib qaraciyər, mədəaltı vəz və digər orqanlara yayılır. Mədə xərçənginin erkən mərhələdə aşkarlanmasının tək yolu qastroskopiyadır. Aastroskopiya vaxtı təcrübəli qastroenteroloq mədənin tam müayinəsini aparıb, şübhəli görünən kütlədən kiçik bir hissə götürüb laborator analizə göndərir və beləcə diaqnoz vaxtında qoyulub müalicəyə başlanıla bilər.
Daha çox 50 yaşdan yuxarı kişilərdə görülən yoğun bağırsaq xərçəngi dəbu tip xəstəliklərə aiddir. 50 yaşdan sonra 5 ildə bir, bağırsaq polipləri varsa 3 ildən bir kolonoskopiyadan (bağırsaq endoskopiyası) keçmək məsləhətdir.
Qastroskopiya və kolonoskopiya Türkiyənin müasir mərkəzlərində tamamən ağrısız, anesteziya altında aparılır. Keçmiş zamanlarda xəstə üçün son dərəcə əziyyətli hesab edilən bu prosedur bu gün xəstəyə yüngül anesteziya verilərək, 30-40 dəqiqəlik təbii yuxuya getdikdən sonra həyata keçirilir.
- Başqa hansı çekap proqramları aktualdır?
-Çekap vaxtı erkən diaqnoz qoya biləcəyimiz xəstəliklərdən ürək-damar xəstəlikləri, şəkər xəstəliyi kimi cəmiyyətimizdə tez-tez rast gələn xəstəliklərdir. Çekap proqramında mövcud olan qan analizləri ilə şəkər xəstəliyinə meyillilik və yaxud başlanğıc mərhələsini müəyyən etmək mümkündür. Bu mərhələdə pəhriz və yüngül müalicə ilə şəkər xəstəliyinin inkişafını dayandırmaq mümkündür.
Həmçinin ürək-damar xəstəliklərindən infarkta yol aça bilən ürəyi qidalandıran damarların daralma və tıxanması çekap ilə vaxtında aşkar olunur və həmin damarlara vaxtında müdaxilə edilir.
- Türkiyədə çekap necə aparılır?
- Standart çekap üçün 1 tam gün kifayətdir. Çekap proqramı səhər saat 08:30 da başlayır. İlk qan analizi verilir, sonra qarın boşluğu ultrasəs müayinəsi, ağciyərlərin rentgeni, qadınlarda əlavə olaraq mammoqrafiya və yaxud süd vəzilərin ultrasəs müayinəsi aparılır.
Bu müayinələrdən sonra tək-tək daxili xəstəliklər, kardiologiya, qulaq-burun-boğaz, uroloq, ginekoloq müayinələri olunur. Bütün qan nəticələri çıxandan sonra son olaraq terapevt nəticələrı baxır, xəstəyə izah edir və lazımsa müalicəni təyin edir.
- Xəstə standart çekapdan başqa hansı konkret çekap proqramları təklif olunur?
- Geniş çekap paketinə qastroenteroloq müayinəsi, qastroskopiya və kolonoskopiya daxildir. Xəstənin istəyinə bağlı başqa müayinə və tədqiqatlar da əlavə oluna bilər.
Bundan əlavə uşaq çekap proqramımız var. Qadınlar üçün xüsusi süd vəzi onkoloji profilaktika çekapı vardır, bu proqrama mammoqrafiya, qanda onkomarkerlər, süd vəzi ultrasəs müayinəsi və həkim müayinəsi daxildir.
Bir çox onkoloji xəstəlikləri də təyin etmək üçün xüsusi çekap paketlər təqdim olunur.
Türkiyədə çekapdan keçmək və məsləhət üçün:
FAMAX-la əlaqə:
Te: 050 444 30 20
Ünvan: 28 May küçəsi 69