Cəbrayıl rayonundan olan bir qrup həkim Biləsuvarda yerləşən məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib.
Medicina.az-ın xəbərinə görə, Cəbrayıl rayonunun işğalı ilə əlaqədar keçirilən aksiya zamanı qəsəbədə yaşayan məcburi köçkünlər pulsuz müayinə olunublar.
Aksiya zamanı 400-dən artıq məcburi köçkünün müayinə olunacağı gözlənilir. Aksiya iki gün davam edəcək.