Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cəbhədən çəkilən fotolar, videogörüntülər uşaqlara necə təsir edir? - Psixoloq

  • 2020.10.03 11:22
  • 3357 Baxış
Cəbhədən çəkilən fotolar, videogörüntülər uşaqlara necə təsir edir?   - Psixoloq

"Cəbhə bölgəsindən çəkilən fotolar, videogörüntülər ola bilsin hansısa formada kiçik yaşlı uşaqlarda travma yaratsın. Ancaq bunun fonunda uşaqların özgüvənliyini də artıracaq”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, Azərbaycan 30 ildir düşmənlə üz-üzədir:

"Demək olar ki, Azərbaycanda hər bir ailənin şəhidi var. Elə ailə var ki, hətta bir neçə şəhidi var. Müharibə gedir və şəhidlər də olacaq. Allah onlara rəhmət eləsin. Fikir verin, onların valideynləri nə qədər məğrurdurlar. Sosial şəbəkələrdə cəbhə bölgəsindən kadrlar yayırlar. Həmin kadrları əsgərlər çəkir. Həmin əsgər ölə də bilərdi. Onu çəkən insanların həmin andakı vəziyyətini nəzərə alın. Görün, bu mənzərələr onu çəkən əsgərlər üçün nə qədər ağırdır. Onlar öz qələbəsini, vətən sevgisini belə ifadə edir. Burdan baxmaq və qiymət vermək rahatdır. Ola bilsin bu fotolar, videolar kiçik yaşlı uşaqlarda hansısa travma yaratsın. Ancaq bunun fonunda uşaqların özgüvənliyini də artıracaq. Burada milli şüur, milli təfəkkür formalaşır. Hər halda valideynlər uşaqlarını həmin videogörüntülərdən, fotolardan uzaq tutsunlar”.



Psixoloq sosial şəbəkələrə girişin məhdudlaşdırılmasını doğru addım kimi qiymətləndirib:

"Müharibədə hər şey əmrlə həyata keçirilir. Orada sərt qaydalar var və bu qaydalara da hər bir qulluqçu, eləcə də mülki əhali riayət etməlidir. Situasiya fərqlidir, biz işğalçı deyil, işğala məruz qalan ölkəyik. Xocalı hadisəsini yada salaq, görün orada nə qədər vəhşiliklər baş vermişdi. Budəfəki kadrlar isə bizim millət, xalq olaraq özgüvənliyimizi artıracaq. Baxın, cəmiyyətdə aqressiya, cinayətlətlər nə qədər azalıb. İntihar yoxdur. Cünki millətin ruhu təzələnib, özgüvəni yerinə gəlib. Bu, kiçik faktor deyil”.

Elnur Rüstəmov qeyd edib ki, hər kəsin üzərinə düşən bir vəzifə var:

"Hətta nifaq salmaq istəyənlər də var, amma bu dəfə alınmayacaq. Biz çox şeyləri daha aydın hiss edirik. Bizm hədəfimiz torpaqlarımızdır. Bu gün cəbhə bölgəsində nə qədər kiçik yaşlı uşaqlar böyüyür. Onlar bu hadisələrin şahididir. Ermənilər həmin uşaqları düşünür? 400-dən yuxarı məktəb bağlandı. Uşaqlar mərmi səsinə yatıb, mərmi səsinə dururlar. Erməni vandalları oradakı uşaqların hüquqlarını nəzərə almırlar”.