Vitaminlərlə zəngin çaytikanının sağlamlığa əsas faydaları açıqlanıb.
“Medicina” xəbər verir ki, həkim dietoloq Yelena Solomatina bu giləmeyvənin təzyiqə təsirindən danışıb.
C vitamini ilə zəngin çaytikanı kollagen sintezini artırır, oynaq və qığırdaqları bərpa edir.
“Orqanizmdə C vitamini çatışmadıqda, immun sistem zəifləyir, insan yorğunluq, enerjisizlik hiss edir, xırda damarlar qanayır, damarlar zəifləyir, oynaqlar yeyilir.
Eləcə də çaytikanı ürək-damar sisteminə faydalıdır. Ürəyə bağlı şişkinliyi azaldır, yüksək təzyiqi tənzimləyir.
Onda olan kalsium, kaliy, maqniy ürək və təzyiq xəstələri üçün faydalıdır.
Çaytikanı beta-karotinlə zəngindir, orqanizmdə A vitaminini artırır. Bu da immunitet və gözlər üçün vacibdir.
Çaytikanı yedikdə beynin xırda kapilyarları belə qidalanır və qan dövranı yaxşılaşır”.
Aygün