Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çayınıza 3 ədəd əlavə edib için! - Bədəni toksinlərdən tamamilə təmizləyir

  • 2024.03.11 11:15
  • 932 Baxış
Çayınıza 3 ədəd əlavə edib için! -  Bədəni toksinlərdən tamamilə təmizləyir
Müalicəvi təsiri ilə min illərdir istifadə edilən mixək çaya əlavə olunduqda bədəndən bütün toksinləri təmizləyir.

Medicina.az xəbər verir ki, bununla da mixək içənlər xroniki xəstəliklərdən qorunmuş olurlar.

Mütəxəssislər sağlamlıq üçün bədənin müqavimətini artıran mixəkdən faydalanmağın vacibliyinə diqqət çəkirlər.

Bəs mixəyin başqa hansı müalicəvi təsirləri var?


YÜKSƏK ANTİOKSİDANT

Müalicəvi effekti ilə tanınan mixək yüksək miqdarda antioksidant ehtiva edir. Bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azaldır və xərçəngdən qoruyur.


TƏBİİ AĞRI KƏSİCİ

Mixək yağı və ya çaya əlavə edilən bir neçə ədəd mixək bədəndəki ağrıları aradan qaldırmaq xüsusiyyətinə malikdir. Xüsusilə baş ağrısı, diş ağrısı və əzələ ağrıları zamanı faydalıdır.


ANTİBAKTERİAL

Mixəyin tərkibindəki komponentlər antibakterial xüsusiyyətlərə malik olduğundan bədən sağlamlığını, xüsusən də ağız sağlamlığını qoruyur.


NƏFƏS YOLLARINI TƏMİZLƏYİR

Çaya əlavə edilən bir neçə ədəd mixək soyuqdəymə və öskürək kimi problemləri kökündən həll edir.


HƏZM SİSTEMİ ÜÇÜN FAYDALIDIR

Mixək həzm sistemini tənzimləyir və ürəkbulanma, həzmsizlik və qaz kimi problemləri aradan qaldırır.


DİŞ SAĞLAMLIĞI

Diş əti xəstəliklərindən qoruyan mixək ağızdakı yaraların sağalmasına da kömək edir.


ARIQLAMAĞA KÖMƏK EDİR

Mixək maddələr mübadiləsini sürətləndirir, beləliklə yağların yandırılmasını asanlaşdırır.

STRESSi AZALDIR

Stressi azaldan mixək aromaterapiya tətbiqlərində də istifadə edilir. Mixək çayı bədənin müqavimətini artırmaqla yanaşı, sakitləşdirici xüsusiyyəti ilə yuxu keyfiyyətini də artırır.


Aysel