Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çayın beyinə təsiri sübut olundu – Nə baş verir?

  • 2023.07.18 16:49
  • 1645 Baxış
Çayın beyinə təsiri sübut olundu   –  Nə baş verir?
Sinqapur Milli Universiteti, Kembric Universiteti və Çinin Wuyi Universitetindən olan tədqiqatçılarının sözlərinə görə, çayın müntəzəm istehlakı yaşlı insanlarda idrak funksiyasını yaxşılaşdırmağa kömək edə bilər.


“Medicina” xəbər verir ki, elmi işin nəticələri müntəzəm çay içməyin beyin quruluşunun yaşa bağlı azalmasına qarşı qoruyucu təsir göstərdiyini sübut edib.


Tədqiqatçılar müntəzəm olaraq, çay içən və çay içməyən insanların maqnit rezonans tomoqrafiyasını (MRT) müqayisə ediblər. Bütün iştirakçıların yaşı 60 və daha yuxarı idi. Onlar həmçinin sağlamlıqları, həyat tərzi və psixoloji rifahları haqqında neyropsixoloji testlərdən keçiblər.

Komanda təxminən 25 il ərzində həftədə ən azı dörd dəfə yaşıl və ya qara çay içənlərin beyin sahələrinin daha təsirli bir şəkildə bağlandığını aşkar etdi.

Tədqiqatın nəticələri yalnız müntəzəm çay qəbulu ilə beyin sağlamlığı arasındakı əlaqəni göstərməyib, onlar çayın idrak funksiyasını necə yaxşılaşdıra biləcəyini qismən izah edə bilər.


Günay Quluzadə