Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çayı şəkərsiz içmək zərərlidir - SƏBƏB

  • 2024.07.15 21:19
  • 995 Baxış
Çayı şəkərsiz içmək zərərlidir -  SƏBƏB
Çay dünyada ən məşhur içkilərdən biridir. Daha dəqiq desək, reytinqdə çay sudan sonra ikinci yeri tutur. Bəşəriyyət bu içkini 4000 ildir tanıyır.

Çeşidindən asılı olaraq, çay canlandırıcı və ya sakitləşdirici təsir göstərə bilir.

Qışda isti çayı isinmək üçün, yayda isə soyuq çaydan təravətləndirici xüsusiyyətinə görə istifadə edilir.

Ancaq son illr əsas müzakirə mövzusu çaya şəkər əlavə etməklə bağlıdır. Sağlam həyat tərzinin getdikcə daha çox əhəmiyyət qazandığı bir dövrdə çayı şəkərsiz içənlərin sayı da artmaqdadır. Lakin şəkərsiz çayın zərərli olduğunu iddia edənlər də var.

Medicina.az xəbər verir ki, onlardan biri də peşəkar çay dequstatoru və çay miksologiyası üzrə Rusiya çempionu Natalya Larionovadır.

O iddia edir ki, şəkərli çay bir neçə üstünlüyə malikdir.

“Şirin çay qanda qlükoza səviyyəsini yüksəltdiyi üçün enerji verir. Bundan əlavə, zəiflik və ya başgicəllənmə hiss edirsinizsə, şəkərli çay içmək tövsiyə olunur. Bu, daha yaxşı hiss etdirəcək.

Şəkər çayın ləzzətini artırmaqla yanaşı, acılığını azaldır. Bu, bəzi qara çaylar - English breakfast, earl grey, südlü oolong və meyvə qarışıqları üçün keçərlidir”.

Ekspertin fikrincə, çox güclü qara çayı yüksək göz təzyiqi diaqnozu qoyulmuş şəxslər ehtiyyatla içməlidir.

“Həmçinin çayın həddindən artıq istehlakı sidikqovucu təsirə görə susuzluğa səbəb ola bilər. Çaya süd əlavə olunduqda bu təsir daha da artır. Ona görə də xüsusilə isti havalarda şəkərsiz çay əvəzinə bir stəkan su içməklə maye itkisini önləmək məsləhətdir”.

Tibb elmləri namizədi, qastroenteroloq-hepatoloq Olqa Arişeva isə qeyd edir ki, qara və yaşıl çayların tərkibində kofein və taninlər var:

“Ona görə də, xüsusilə yuxusuzluqdan əziyyət çəkən və ya uzun müddət yuxuya gedə bilməyənlərə yatmazdan əvvəl çay içmək məsləhət deyil.

Həmçinin, çay diş minasının rənginə təsir edə, hətta flüoru dişlərdən yuya bilər”.

Həkim bildirir ki, çayı şəkərsiz içmək əvəzinə alternativ dadlandırıcılardan istifadə emtək olar. Buraya bal, ağcaqayın siropu, hind qozundan əldə edilən şəkər və ya stevia tozu daxildir.


Aysel