Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çayı bu şirniyyatla içsəniz ömrünüz UZANAR

  • 2020.01.08 17:04
  • 10251 Baxış
Çayı bu şirniyyatla içsəniz ömrünüz  UZANAR
Demək olar ki, çay çoxumuzun həyatında imtina etməyəcəyi əsas içkilərdən biridir. Davamlı içdiyimiz çayın mənfi təsirləri barəsində fikirlər də az deyil. Lakin, mütəxəssislər bildirir ki, çay beyin serebral iflic olma riskini azaldır.

Medicina.az xəbər verir ki, nevrologiya uzmanı doktor Mehmet Yavuz, beyin üçün çayın inanılmaz təsirlərindən danışıb. Onun sözlərinə görə, beyində sakit formada irəliləyən unutqanlıq dövrünü kiçik bir pəhrizlə nəzarətə almaq olar. Çay içmə antioksidan təsiri səbəbiylə beyin fəaliyyətini artırır.

O bildirib ki, 6 min qadın üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, davamlı olaraq çay içənlər, içməyənlərə nisbətən iflic riski azalır. Çay həm də, qan sulandırıcı təsiri ilə ürək-damar, beyin xəstəlikləri üçün müsbət təsir edir.

Şokoladın içərisində həm yaxşı hiss etdirən psixoaktiv kimyəvi maddələr, həm də güclü antioksidanlar var.Harvard Universitetinin bir qrup tədqiqatçısı, davamlı olaraq az miqdarda da olsa şokolad yeyən şəxslərin 1 il daha çox yaşadıqlarını araşdırdığını deyib.

Bu səbəbdən uzman çayın yanında şirniyyat kimi şokolad yeməyi məsləhət görür. Şokoladın tək mənfi cəhəti kalori və artıq çəkiyə səbəb olmasıdır. Çayla şokoladı birlikdə yediyinizdə beyin və bədən sağlamlığınıza möhtəşəm təsir edə bilər.