Adətən biz çayı limon və ya mürəbbə ilə içməyə alışmışıq. Lakin bəzi hallarda çaya başqa qarışımlar da qataraq içənlər var. Bu qarışımlara diqqət etmək lazımdır, çünki faydasından daha çox ziyanı ola bilər.
Medicina.az xəbər verir ki, rusiyalı dietoloq Yelena.S çay haqqında danışarkən bunları qeyd edib. O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.
Qeyd olunur ki, çayı südlə qarışdırıb içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.
Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur.